Əsas Səhifə > Güney Press / Ana xəbər > Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyulduBu gün, 11:43 |
|
“Zirə Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) icraçı direktoru inzibati məsuliyyətə cəlb edilib. "DİA-AZ" Teleqraf-a istinadla xəbər verir ki, Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən Səbail Rayon Məhkəməsinə 26 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə “Zirə Broyler” MMC-nin icraçı direktorunun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair bu il martın 1-də inzibati xəta haqqında protokol daxil olub. Sənədə əsasən, Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli icra sənədinə görə, “Zirə Broyler” MMC-dən 117 min 208 manat məbləğində əsas borc, 11 min 700 manat məbləğində dəbbə pulu, 500 manat hüquqi xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat tutularaq “SOYTEX” MMC-yə ödənilməsi qərara alınıb. İcra məmuru izahatında bildirib ki, Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu "Zirə Broyler” MMC-dən 129 min 438.4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "SOYTEX" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi 10 sentyabr 2021-ci ildə icraata daxil olub və müvafiq qaydada icra tədbirlərinə başlanılıb. İcra məmurunun icraata başlama haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildirişi həmin il sentyabrın 17-də borclu şirkətin rəhbərinə təqdim olunub. Borcluya məxsus bank hesablarına həbs və inkasso sərəncamları göndərilib. Lakin hesabların bağlı və pul vəsaiti aşkar olunmadığından inkasso sərəncamı iki ay bankda saxlanıldıqdan sonra geri qaytarılıb. Həmçinin "Zirə Broyler” MMC-nin əvvəlki direktoru barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib və inzibati qaydada məsuliyyətə cəlb edilib. Bundan sonra direktor dəyişilərək yeni direktor Pənahlıyev Fikrət Abtalıb oğlu olub. “Zirə Broyler” MMC-nin hazırki direktoru Pənahlıyev Fikrət Abtalıb oğlunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla Səbail Rayon Məhkəməsinə müraciət olunub. Səbail Rayon Məhkəməsinin 2025-ci il 26 sentyabr tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilib və "Zirə Broyler” MMC direktoru Pənahlıyev Fikrət Abtalıb oğlunun ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb. Yenidən Borcluya məxsus bank hesablarına inkasso sərəncamları göndərilib. Lakin hesabların bağlı və pul vəsaiti aşkar olunmadığından inkasso sərəncamı iki ay bankda saxlanıldıqdan sonra geri qaytarılıb. İcra sənədinin icrasını təmin etmək üçün Zirə Broyler” MMC-nin direktoruna xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədinin icrasından yayınıb. İcra məmuru məhkəməyə təqdim etdiyi sənəddə “Zirə Broyler” MMC-nin direktorunun Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli icra sənədinin icrasını təmin edilməsini xahiş edib. Səbail Rayon Məhkəməsinin qərarı ilə “Zirə Broyler” MMC-nin icraçı direktoru İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib və 1200 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilib. Qərarın icrası Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinə həvalə edilib. Geri qayıt |