Əsas Səhifə > Güney Press > Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmirBu gün, 17:01 |
|
Sosial şəbəkələrdə və internet informasiya resurslarında Azərbaycanda ərzaqlıq buğda və çörəyin bahalaşacağı, qıtlıq yaranacağı ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir. Bu barədə "Report"un sorğusuna cavab olaraq Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib. Məlumata əsasən, Agentlik un və un məmulatları bazarında mütəmadi monitorinqlər aparır, əhalinin istehlak səbətində yer alan strateji ərzaq məhsullarının qiymət dinamikası daim diqqət mərkəzində saxlayır. "Vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş informasiyalara qarşı diqqətli olmaları tövsiyə edilir", - Agentlikdən bildirilib. Geri qayıt |