|
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb, bu məğlubiyyət Fars körfəzi regionunun tarixində yeni dövrün başlanğıcıdır”. Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Müctəba Xameneinin teleqram kanalında dərc edilən xalqa yeni müraciətində deyilir. Xamenei İranın Hörmüz boğazına nəzarəti öz əlində saxlamaq və ABŞ-nin iştirakı olmadan Fars körfəzində təhlükəsizliyi müstəqil şəkildə təmin etmək niyyətində olduğunu bildirib. Bundan başqa, İranın yeni Ali Lideri ABŞ və İsrailə müraciət edərək regionun işlərinə qarışan yadellilərin yerinin “ən yaxşı halda bu suların dibində” olduğunu bildirib.
Geri qayıt
|