Əsas Səhifə > Güney Press > OPEC dağılır: Azərbaycana hansı təhlükələr var?

OPEC dağılır: Azərbaycana hansı təhlükələr var?


Bu gün, 15:55

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən OPEC və OPEC+ təşkilatlarını tərk edir.

Sözügedən qurumlardan çıxmaqla bağlı qərar BƏƏ-nin neft emalı siyasəti, bu prosesin hazırkı və gələcək potensialı, eləcə də milli maraqlar nəzərə alınmaqla verilib.

Ərəbistan dənizi və Hörmüz boğazında bloklanmaların təchizat dinamikasına zərbə vurduğu xüsusi vurğulanıb. BƏƏ-nin bu təşkilatlardan çıxandan sonra da məsuliyyətli aktor olmağa davam edəcəyi, tədrici və hesablanmış qaydada neft bazarına əlavə istehsal gətirəcəyi bildirilib.

Birləşmiş Ərəb Əmirliklərinin OPEC və neft bazarında qiymətlərin tənzimlənməsini nəzərdə tutan OPEC+ sazişindən çıxması adıçəkilən qurumun fəaliyyəti və Azərbaycan üçün hansı nəticələrə gətirib çıxara bilər?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov “Cebheinfo.az”-a bildirib ki, Birləşmiş Ərəb Əmirliyi dünya ölkələri arasında ixrac potensialına görə, 4-5-ci yerləri bölüşən bir ölkədir:

“Azərbaycandan 5 dəfə artıq neft ixrac edir. Birləşmiş Ərəb Əmirliyi baş verən münaqişədə kifayət qədər maliyyə itkisi ilə üz-üzə qaldı və neft ixrac edərək maliyyə çatışmazlığını bərpa etmək istəyir. Bu faktorla bağlı onlar OPEC razılaşmasından çıxmaq qərarına gəliblər.

Çünki qarşıdakı dönəmdə mümkün qədər daha çox neft ixrac etməyi nəzərdə tuturlar. Bunun dünyada qlobal neft qiymətlərinə təsiri o qədər də olmayacaq. Onsuzda onlar kifayət qədər neft ixarc edirdi. Hazırda mövcud kvotanın artırılması ciddi təklif artımına, yəni təhlükəli məqama gətirib gətirib çıxarmayacaq.

Buna görə də neft qiymətlərinə ciddi təsiri olmayacaq. BƏƏ-nin OPEC-dən rəsmən çıxması və yaxud da kvotaya əməl etməməsi Azərbaycan üçün böyük ölçüdə təsirə malik deyil”.


Geri qayıt