Əsas Səhifə > Güney Press > Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya:

Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya:


Bu gün, 13:23

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda proses şahid ifadələri ilə davam etdirilib və səsləndirilən bəzi məqamlar işin gedişinə əlavə suallar yaradıb. Xüsusilə şahid qismində dindirilən şəxsin istintaq zamanı onun adından verilmiş ifadələrdən xəbərsiz olduğunu bildirməsi diqqət çəkib.

Bununla yanaşı, tanınmış meyxanaçı Elşən Xəzərin qızının da bu iş üzrə şahid kimi ifadə verdiyi iddia olunub.

Məsələ ilə bağlı Globalinfo.az meyxanaçı Elşən Xəzər ilə əlaqə saxlayıb.

O, yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Həmin xəbəri gecə gördüm. Belə bir hal olmayıb, yalan məlumatdır. Qarşı tərəfin mövqeyini öyrənmədən xəbər yayırlar. Siz zəng edib dəqiqləşdirin, doğrudursa, o zaman paylaşın. Araşdırma aparmadan məlumat yayıblar. Nömrəm də əksər jurnalistlərdə var. Çətindirmi zəng edib dəqiqləşdirmək?”

Elşən Xəzər ailəsi ilə bağlı yayılan xəbərləri xoşagəlməz hal kimi qiymətləndirib:

“Hər dəfə barəmizdə belə xoşagəlməz xəbərlər yayılır. İnsan abrına bükülüb oturanda belə etməzlər! Hər dəfə abrıma bükülüb susduqca, daha da irəli gedirlər. Mənim barəmdə mediada dəfələrlə yalan məlumat gedib. Bu azmış kimi, indi də övladım haqda yazırlar. Qızım ailəli insandır, niyə əsassız şəkildə adını hallandırırlar? Bizim həmin şəxslə heç bir əlaqəmiz yoxdur!”


Geri qayıt