Əsas Səhifə > Güney Press > Rusiyaya görə Ermənistana yeni missiya göndərilir

Rusiyaya görə Ermənistana yeni missiya göndərilir


Bu gün, 13:20

Avropa İttifaqının (Aİ) Ermənistana göndərəcəyi yeni missiyanın məqsədi Rusiyanın iyunun 7-də keçiriləcək parlament seçkilərinə müdaxiləsinin qarşısını almaqdır.

Teleqraf xəbər verir ki, bu barədə “Azatutyun” mənbələrə istinadla məlumat yayıb.

“Avropa İttifaqının gələcəkdə Ukraynaya kibercumlar və dezinformasiya ilə mübarizədə daha fəal dəstək göstərməsi istisna olunmur. Brüsselin artıq belə təcrübəsi var, bu, ötən il Moldovada keçirilən parlament seçkiləri zamanı tətbiq olunub. Eyni addımın bu il Ermənistanda da atılması planlaşdırılır, burada Aİ-nin yeni missiyası yaradılacaq. Missiyanın məqsədi Rusiyanın seçkilərə müdaxiləsinin qarşısını almaqdır”, - mənbə bildirib.

Xatırladaq ki, Aİ aprelin 21-də Ermənistanda yeni mülki missiyanın fəaliyyətə başlamasına icazə verib. Missiya İrəvana seçki prosesinə qarşı xarici manipulyasiyalar, kiberhücumlar və qanunsuz siyasi maliyyələşdirmə kimi hibrid təhdidlərlə mübarizədə kömək edəcək.

Missiya yaxın həftələrdə fəaliyyətə başlayacaq, iki illik mandata malik olacaq və “Ermənistan Respublikasında Avropa İttifaqı Tərəfdaşlıq Missiyası” (EUPM Armenia) adlandırılacaq.

Qərara əsasən, EUPM Aİ-nin Ermənistan-Azərbaycan sərhədində yerləşdirdiyi Aİ missiyasını (EUMA) əvəz edəcək.

EUMA-nın dörd illik mandatı 2027-ci ilin əvvəlində başa çatır.

Yeni missiyada əsasən paytaxtda Ermənistan hakimiyyəti ilə sıx əməkdaşlıq edəcək 20-30 nümayəndənin olması gözlənilir.


Geri qayıt