Əsas Səhifə > Güney Press > Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər varBu gün, 12:35 |
|
Yarım milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Ədalət Abdullayevin barəsindəki qərardan kassasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. İttihama görə, təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi saxtalaşdırıb, qanunsuz hazırlayıb, bilə-bilə saxta sənəddən istifadə etməklə özgənin külli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə 490 min manatı ələ keçirib. Ədalət Abdullayev həbs edilsə də, məhkəmə istintaqı zamanı səhhəti ilə əlaqədar barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Məhkəmə onun əvvəllər məhkum olunmadığını, yaşını, xəstəliyini əsas gətirərək şərti cəza verib. Həmçinin maddi ziyanın ödənilməsi ilə bağlı qərar verilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2 ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 7 il azadlıqdan məhrum edilib. Ədalət Abdullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib. Ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. Geri qayıt |