Əsas Səhifə > Güney Press > "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım"
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım"Bu gün, 11:13 |
|
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib.
O daha sonra birlikdə teatrda çalışan həmkarlarının ona münasibətindən danışıb.
"Məni sayanı mən də saydım, saymayanı isə sakitcə görməzdən gəldim… 100% əminəm deyiblər ki, Mehriban Xanlarova hər mənada çox dəyişilib. Çünki teatrdan ayrıldıqdan sonra dostumu da, düşmənimi də daha aydın görməyə başladım... Artıq heç nə məni təəccübləndirmir... Nə münasibətlər, nə də insanların iç üzü. Mən sadəcə öz yolumla davam edirəm və dəyər verənlərlə yol yoldaşı oluram. Bəzi qadın həmkarlarımın sənət baxımından rəqabət hissini müəyyən mənada başa düşə bilirəm. Bu, bəzən peşənin təbiətindən irəli gəlir. Amma etiraf edim ki, kişilərin də məni özlərinə rəqib kimi görməsi mənim üçün gözlənilməz oldu. Demək ki, insanın zəhməti, mövqeyi və sənətdə qazandığı yer bəzən düşündüyündən daha çox diqqət və hətta narahatlıq doğurur. Məni rəqib görənlər yanılmır... Çünki mən heç vaxt ortalama olmağı seçmədim. Amma unutmasınlar ki, mənim yarışım heç kimlə deyil, yalnız özümlədir", - deyə aktrisa bildirib.
Qeyd edək ki, aktrisa Mehriban Xanlarova bir müddət əvvəl öz ərizəsi ilə Akademik Mili Dram Teatrından işdən çıxıb.
Geri qayıt |