Əsas Səhifə > Güney Press > Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətiribBu gün, 11:08 |
|
Səfir Marian de Yonq Niderland parlamentində qəbul edilən qərarların Azərbaycanda narazılıq yaratmasına aydınlıq gətirib. APA-nın xəbərinə görə, Niderlandın Azərbaycandakı səfiri bu gün mətbuat konfransında deyib ki, ölkəsinin parlamentində qəbul edilən sənəd əlaqələrə təsir göstərmir. “Bunu anlayıram. Ölkəmizdə səlahiyyət bölgüsü barədə bir az daha ətraflı izah vermək istərdim. Parlamentimiz hökumətdən müstəqil fəaliyyət göstərir. Biz onlara təsir göstərə bilmərik. Biz sadəcə məlumat verə bilərik, amma qərarları onlar özləri qəbul edirlər. Parlament cəmiyyətdəki müxtəlif fikirləri əks etdirən 150 nəfərdən ibarətdir”, - səfir qeyd edib. Diplomat Niderland parlamentində ermənipərəst qüvvələrinin səsinin daha çox eşidilməsinə meylin olduğunu etiraf edib: “Amma bununla belə, bilirəm ki, Niderlandda kifayət qədər böyük bir Azərbaycan icması da var. Ola bilsin ki, gələcəkdə onların da Niderland parlamentində təmsilçiliyi olacaq. Bizə görə parlament müzakirə üçün bir platformadır. Onlar qərarlarını müstəqil şəkildə qəbul edirlər. Bu isə əslində, təxminən 8-9 dəfə irəli sürülmüş təkrar bir qərar idi. Ona görə də yenidən qəbul olunacağı gözlənilirdi. Amma yenə də dəqiq demək olmurdu, çünki siyasi mənzərə bir qədər dəyişmişdi. Nəticədə parlament bu qərarı qəbul etdi. Amma mənim üçün ən vacib məqam odur ki, bu, hökumətin mövqeyini heç dəyişmədi. Mənə verilən tapşırıqlar dəyişməyib. Biz buna baxdıq və dedik ki, “fikriniz üçün təşəkkür edirik”. Amma biz işimizi davam etdiririk. Çünki hökumətin bu məsələdə çox balanslı mövqeyi var”. Marian de Yonq deyib ki, Niderlandın həm Azərbaycan, həm də Ermənistanla əlaqələri mövcuddur: “Biz hər iki ölkə ilə danışırıq. Regionda sülhün əldə olunması prosesini dəstəkləyirik. Bu, çox vacibdir”. O, parlamentdə qəbul edilən sənədlərin hökumətlərarası münasibətlərə təsir etməyəcəyinə ümidvar olduğunu bildirib. Geri qayıt |