Əsas Səhifə > Güney Press > Köçəryan höt-hötündən əl çəkmir,
Köçəryan höt-hötündən əl çəkmir,Bu gün, 13:50 |
|
Ermənistanda seçkilər ərəfəsi aktivləşən keçmiş prezident Robert Koçaryan yenidən Qarabağ mövzusunu qabardaraq müharibəyə səsləyən açıqlamalarla çıxış edib.
Koçaryan Masis şəhərinin sakinləri ilə görüşdə hazırkı situasiyada “Qarabağa qayıdış hüququndan” danışmağın real olduğunu iddia edib.
O bildirib ki, indiki beynəlxalq şərait buna imkan verir. Çünki hazırda dünyada vəziyyət qeyri-sabitdir. Buna görə də indi hərəkət etməsələr, gələcəkdə belə imkan ələ düşməyə bilər.
Onun bu fikirləri açıq şəkildə göstərir ki, erməni revanşistlər regionda yenidən qarşıdurma yaratmağa çalışırlar.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakupost.az-a bildirib ki, Koçaryanın belə açıqlamalar verməkdə məqsədi Qarabağ məsələsini insan hüquqları müstəvisinə çıxarıb gündəmdə saxlamaqdan ibarətdir:
“İstər Paşinyan, istərsə də revanşistlər, millətçilər güc tətbiq edib yenidən Qarabağı işğal edən deyillər. Bu səbəbdən də onlar istəyirlər ki, məsələni insan hüquqları müstəvisinə çıxarsın və onu bu şəkildə dondursunlar. Təxminən Türkiyəyə qarşı qaldırdıqları uydurma “soyqırım” iddiası kimi. Belədə Qarabağ mövzusunu da gündəmdə saxlamaq üçün həmin yolu getmək istəyirlər”.
T.Zülfüqarov bu mənada qarşıdurmamın siyasi müstəvidə hələ də davam etdiyini söylədi.
Geri qayıt |