|
İranda internet 58 gündən çoxdur ki, faktiki olaraq yoxdur. Yeniavaz.com xəbər verir ki, bu barədə beynəlxalq monitorinq xidməti “NetBlocks” sosial şəbəkə hesabında məlumat yayıb. “İranda internet blokadası 59-cu günündədir və beynəlxalq rabitə 1392 saata yaxın müddətə dayandırılıb”, - xidmətin açıqlamasında deyilir. Bloklama ölkə miqyasında ən uzun müddətdir. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, böyük şəhərlər zərbələrə məruz qalıb.
Geri qayıt
|