Əsas Səhifə > Güney Press > Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edibBu gün, 17:15 |
|
Rusiya ölkə ərazisinə girişi qadağan edilən Avropa institutları nümayəndələrinin siyahısını genişləndirib. Bu barədə "Report" Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına istinadən xəbər verir. Nazirlikdən qeyd edilib ki, bu tədbir Avropa İttifaqının (Aİ) 20-ci sanksiyalar paketinə cavab reaksiyası kimi qəbul edilib. "Siyahıya Ukraynaya hərbi yardım göstərilməsi haqqında qərarların qəbul edilməsinə cəlb olunmuş, Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinə, Rusiyanın üçüncü ölkələrlə münasibətlərinə ziyan vurulmasına, ölkəmizin maraqlarına xidmət edən dəniz gəmiçiliyinə maneələrin yaradılmasına cavabdeh olan Avropa strukturlarının, Aİ-yə üzv ölkələrin və bir sıra digər Avropa dövlətlərinin nümayəndələri daxil edilib", - bəyanatda bildirilib. Siyahıya həmçinin Rusiya dövlət aktivlərinin qanunsuz müsadirə edilməsi və ya onlardan əldə edilən gəlirlərin istifadə edilməsi tərəfdarı olan şəxslər də daxil edilib. XİN-dən qeyd edilib ki, məhdudlaşdırıcı tədbirlər həmçinin Rusiyaya qarşı düşmən mövqe tutan vətəndaş fəallarına və Avropa dövlətlərinin akademik icmasının nümayəndələrinə, Rusiyaya qarşı qətnamələrinə və qanun layihələrinə səs vermiş Aİ-yə üzv ölkələrin milli parlamentlərinin və Avropa Parlamentinin deputatlarına qarşı da tətbiq edilib. Xatırladaq ki, Rusiyaya qarşı növbəti, sayca 20-ci sanksiyalar paketi 23 aprel 2026-cı ildə Aİ Şurası tərəfindən təsdiqlənib. Geri qayıt |