Əsas Səhifə > Güney Press > Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir

Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir


Bu gün, 17:10

Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin və İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilir.

Bu barədə "Report" Rusiya mediasına istinadən xəbər verir.

Rusiya tərəfdən görüşdə XİN başçısı Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak edir.

İran nümayəndə heyətinin tərkibinə Əraqçi il yanaşı, İran XİN başçısının müavini Kazım Qərib-Abadi və İranın Moskvadakı səfiri Kazım Cəlali daxildir.


Geri qayıt