Əsas Səhifə > Güney Press > “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz”

“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz”


Bu gün, 12:59

“Son dövrlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi rayonlar üzrə nümayəndəliklərinin törətdikləri əməllər, əlbəttə ki, hüquqi məsuliyyət yaradıb. Bununla bağlı dövlətimiz tədbirlər görüb. Bu həm də onun göstəricisidir ki, əsla və əsla bir daha səfərbərlik kimi məsuliyyətli, ictimai ədalət baxımından yerinə yetirilməli olan proseslərdə hansısa qanun pozuntusuna yol vermək olmaz. Kiminsə fiziki imkanları hərbi xidmət keçməyə uyğun deyilsə, burda da təkcə səfərbərlik idarəsinin yox, müvafiq tibbi komissiyaların mövqeyi çox əhəmiyyətlidir”.

Bu sözəri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, orduda intizam da, ordu sıralarına çağırılan gənclər arasında ədalət də, orduda mənəvi ruh da səfərbərlikdən başlayır: “Əldə etdiyimiz tarixi zəfər göstərdi ki, biz səfərbərlikdən başlamış müxtəlif təyinatlı ordu birləşmələrinin konkretləşdirilməsinə qədər prosesi doğru-düzgün, ədalətli şəkildə aparmağı bacarmışıq və nəticədə, böyük zəfərə imza atmışıq. Nəticə etibarilə, kimin hərbi xidmətə yararlı olub-olmamasını müvafiq orqanın tabeliyində olan tibbi komissiya müəyyənləşdirir. Buna görə onların da maksimum ədalətli olmaları olduqca vacibdir ki, nəticədə, heç bir gəncin hüquqları pozulmasın, sağlamlığı imkan vermirsə, o, hərbi xidmətə cəlb olunmasın. Onsuz da Azərbaycanda hər bir gəncin könüllü şəkildə şəkildə arzusu qalib ordunun sıralarında hərbi xidmət keçməkdir. Belə olan halda, bu ictimai əhvali-ruhiyyəni, coşqunu kiçik ədalətsizliklərlə kölgə altına salmaq qətiyyən yolverilməzdir”.


Geri qayıt