Əsas Səhifə > Güney Press > “Sürgün əvəzinə Sevgi”
“Sürgün əvəzinə Sevgi”Bu gün, 08:57 |
|
Bakupost.az xəbər verir ki, təqdimat zamanı layihənin ideyası, səhnə həlli və tamaşanın qarşıya qoyduğu məqsədlər barədə məlumat verilib, əsərin aktuallığı və cəmiyyət üçün əhəmiyyəti vurğulanıb. Müəllif Sabir Rüstəmxanlı çıxışında romanın ideya xəttindən və onun teatr səhnəsində təqdim olunmasının önəmindən danışıb. O qeyd edib ki, bu cür layihələr ədəbiyyatın daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Tədbir çərçivəsində tamaşanın hazırlanma prosesi və qarşıdakı planlar barədə də danışılıb. Sonda yaradıcı heyətin iştirakı ilə ilkin məşğələ prosesi keçirilib, bəzi səhnələr üzərində yoxlamalar aparılıb.
Xalq artisti Valeh Kərimov və əməkdar artist Rauf Ağakişiyev BakuPost TV-yə danışaraq tamaşa ilə bağlı öz fikirlərini səsləndiriblər.
Məlumat üçün bildirək ki, tamaşanın premyerasının may ayının sonlarında keçirilməsi planlaşdırılır.
Geri qayıt |