Əsas Səhifə > Güney Press > SEPAH-dan kritik açıqlama

SEPAH-dan kritik açıqlama


Bu gün, 04:03

İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH ölkənin təhlükəsizliyi ilə bağlı yeni əməliyyat barədə məlumat yayıb.

Musavat.com xəbər verir ki, qurumun açıqlamasına görə, ABŞ və İsrail tərəfindən dəstəkləndiyi iddia olunan bir neçə “əksinqilabi qrup” aşkar edilərək zərərsizləşdirilib.

Bildirilib ki, həmin qruplar İranın qərb sərhədləri istiqamətində mümkün hərbi hücum üçün zəmin hazırlayırmış. SEPAH əməliyyat nəticəsində bu planların qarşısının alındığını və təhlükənin aradan qaldırıldığını qeyd edib.


Geri qayıt