Əsas Səhifə > Güney Press > Ödəniş təşkilatının direktoru dəyişdirildi
Ödəniş təşkilatının direktoru dəyişdirildiBu gün, 16:20 |
|
Ödəniş təşkilatı “Fizza Pay” MMC-nin (fpay.az) direktoru dəyişdirilib. Banker.az xəbər verir ki, Azad Dursunov Nizami oğlu direktor təyin edilib. O bu vəzifədə Mirzəməmmədli Orxan Kamran oğlunu əvəz edib. Azad Dursunov “BOSS GROUP” MMC-nin təsisçisidir. Xatırladaq ki, “Fizza Pay” 2019-cu ildə təsis edilib və 645 100 manat nizamnamə kapitalı var. Şirkət Mərkəzi Bank tərəfindən 2024-cü ildə lisenziya alıb. Onun lisenziyasında ödəniş əməliyyatının ekvayrinqi və ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti ehtiva edir. Geri qayıt |