Əsas Səhifə > Güney Press > Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilibBu gün, 16:09 |
|
ABŞ-İsrail-İran gərginliyi 55-ci günündə də yüksək riskli mərhələdə qalır. Atəşkəs kağız üzərində davam etsə də, bölgədə vəziyyət son dərəcə gərgindir. Sherg.azxəbər verir ki, İran tərəfi Hörmüz boğazında keçirilən hərbi əməliyyatın görüntülərini ilk dəfə ictimaiyyətə təqdim edib. Görüntülərdə iki gəminin ələ keçirilməsi ilə bağlı əməliyyat əks olunur. Eyni zamanda İsrail mediası sensasion iddia irəli sürüb. Məlumata görə, ABŞ hökuməti guya Donald Tramp vasitəsilə İsrailə atəşkəsin bitəcəyi tarixi əvvəlcədən bildirib. Bu iddia rəsmi şəkildə təsdiqlənməyib. Digər tərəfdən, İran mediası bildirir ki, Hörmüz boğazından keçidlərdən əldə olunan ilk rəsmi gəlir artıq Tehrana çatıb və maliyyə axını təsdiqlənib. Regionda paralel olaraq İsrailin Livana hücumları da davam edir. Son hava zərbəsi nəticəsində bir jurnalistin həlak olduğu, bir neçə mülki şəxsin isə yaralandığı bildirilir. Bundan əlavə, İsrail və Livan arasında Vaşinqtonda keçiriləcək danışıqların saatı da açıqlanıb. Görüşlərin yerli vaxtla 16:00-da başlayacağı bildirilir. Beləliklə, həm hərbi əməliyyatlar, həm diplomatik proseslər, həm də informasiya müharibəsi eyni vaxtda qızışaraq Yaxın Şərqdə vəziyyəti daha da kritik həddə çatdırır. Geri qayıt |