Əsas Səhifə > Güney Press > Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək

Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək


Bu gün, 10:55

Astara rayonunun Siyəkü, Pensər və Şiyəkəran kəndlərində yaşayış evlərinin, həyətyanı və təsərrüfat sahələrinin Pensərçayın sel və daşqın sularından mühafizəsi tədbirlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, ADSEA-nın Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq hazırlıq işlərini yekunlaşdırıb.

Məlumata əsasən, qurum bu işləri “Teymur-M” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Sözüngedən işlərin icrasına görə bağlanmış müqavilənin maliyyə dəyəri 2 milyon manat olaraq müəyyən edilib.


Geri qayıt