Əsas Səhifə > Güney Press, Reklam > "Bakcell" karyerasına başlamaq istəyənlərə "Smart Start" proqramını təklif edir

"Bakcell" karyerasına başlamaq istəyənlərə "Smart Start" proqramını təklif edir


18-06-2014, 17:42
"Bakcell" karyerasına başlamaq istəyənlərə "Smart Start" proqramını təklif edir
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti karyerasına başlamaq istəyən tələbə və məzunlara "Smart Start" təcrübə proqramını təklif edir.

Şirkətdən verilən məlumata görə, ilkin iş təcrübəsi olmaması səbəbindən işə düzəlməkdə çətinlik çəkən gənclər bu təcrübə proqramına qatılmaqla iş mühiti ilə tanış olmaq, praktiki təcrübəyə yiyələnmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirmək imkanına malik olacaqlar.

Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün "Bakcell" təcrübəçilərə müvafiq məbləğdə təqaüd verəcək. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləndiriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar.

Proqramda iştirak etmək istəyən 18-25 yaş arası gənclər, tələbələr və ya məzunlar müraciət formasını doldurub 22.06.2014 tarixinədək "Bakcell" şirkətinin ofisinə təqdim etməlidirlər. Elektron şəkildə müraciət etmək istəyənlər üçün http://www.bakcell.com səhifəsinin "Karyera" bölümündə onlayn müraciət forması yerləşdirilib.

Akademik həyatdan karyeraya doğru addımlamaq imkanlarını asanlaşdıran "Smart Start" təcrübə proqramı sayəsində təcrübəçilər Azərbaycanın ən böyük şirkətlərindən birində təcrübə keçmək, biznes etikası, karyera inkişafı təlimlərində iştirak etmək və Bakcell-in peşəkar həyatı ilə tanış olmaq imkanı əldə edəcəklər. Azərbaycanda ən böyük işəgötürənlərdən biri olan "Bakcell" şirkəti, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır. Şirkət işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir.

Geri qayıt