Əsas Səhifə > Güney Press > “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”Bu gün, 10:08 |
|
“Atam üçün çox darıxıram, burnumun ucu göynəyir. Bir an belə olsun yaddan çıxmır. Atamın şəxsi əşyalarını, şəkillərini, senarilərini Tarix muzeyinə vermişəm. Orada aktyorlar üçün bir guşə yaradılıb və nümayiş olunacaq. Bəzi əşyalarını da Film Fonduna verəcəyəm. Atam işdən çıxanda da o vaxt Cəmil Quliyevə çox şey vermişdi. Seçib bəzilərini də ora göndərəcəm”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.
O daha sonra mərhum sənətkar Rasim Balayevlə atasının dost olduğunu bildirib:
“Mən sənətkarların içərisində böyümüşəm. İstər Cəmil Quliyev olsun, istərsə də Rasim Balayev, istərsə də Əbdül Mahmudbəyov mən onlara “əmi” deyə müraciət etmişəm. Cavanlıqları bir yerdə keçib. Yaşa dolandan sonra bir az ayrı düşdülər. İtirə-itirə gedirik. Kim qalıb ki? Atamı itirəndən sonra Rasim əmiyə zəng etdim. Atamın məzar daşı üçün kömək istəyirdim. Çünki tək qalmışdım, köməyim yox idi. O mənə bu mövzuda kömək etdi. Allah Rasim Balayevə də rəhmət etsin”.
Aytən Həsənova bildirib ki, kinoittifaqa ən layiqli namizəd Cəmil Quliyevdir:
“Atam hələ o vaxt kinoittifaqa Rasim Balayevin gəlməsini istəyirdi. Ən azından incəsənətdən, kinodan başı çıxan o idi. Bu gün kinoittifaq sədrsiz qalıb. Mən isə Cəmil Quliyevin ora rəhbər təyin olunmasını istərdim. Düzdür, hamı yaşlaşıb, hamının bəlli bir yaşı var. Amma Cəmil Quliyevin kinodan, musiqidən, senaridən anlayışı var. Kinodan anlayışı olmayan insanın orada nə işi var?”, - deyə sənətkarın övladı bildirib.
Geri qayıt |