Əsas Səhifə > Güney Press > SEPAH Xameneini TƏCRİD EDİB
SEPAH Xameneini TƏCRİD EDİBBu gün, 17:28 |
|
İranın silahlı qüvvələrinin elit qolu olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin prezidenti Məsud Pezeşkianın etdiyi təyinatların qarşısını alıb və mənbələrin “təhlükəsizlik kordonu” kimi təsvir etdiyi mühafizə halqasını ali rəhbər Müctəba Xamenei ətrafında qurub. Lent.az xəbər verir ki, bu barədə "Reuters" və başqa nüfuzlu agentliklərdə məlumat yayılıb. Məlumata görə, SEPAH faktiki olaraq dövlətin əsas funksiyaları üzərində nəzarəti öz üzərinə götürüb. Məlumata görə, bu dəyişikliklər artıq İran sərhədlərindən kənarda da ciddi nəticələr doğura bilər. Analitiklər bildirir ki, daha güclü hesab edilən SEPAH Vaşinqtonla danışıqlarda kompromisə meylli deyil və regionda hərbi eskalasiyanı davam etdirməyə hazırlaşır. ABŞ–İran danışıqları artıq çətin mərhələyə daxil olub. Rəsmi Tehranın növbəti danışıqlara nümayəndə göndərib-göndərməyəcəyi sual altındadır. Bu vəziyyət İnqilab Keşikçilərinin gücləndiyini siyasi hakimiyyətin isə zəiflədiyini göstərir. Məlumata görə, Pezeşkianın yeni kəşfiyyat naziri təyin etmək cəhdi SEPAH komandanı Əhməd Vahidinin birbaşa təzyiqi nəticəsində uğursuz olub. Bildirilir ki, təklif olunan bütün namizədlər, o cümlədən keçmiş müdafiə naziri Hüseyn Dehqanın namizədliyi rədd edilib. Məlumata görə, Vahidi israr edib ki, müharibə şəraitində bütün mühüm və həssas vəzifələr yalnız İnqilab Keşikçiləri tərəfindən seçilməli və idarə olunmalıdır. İranın idarəetmə sisteminə görə, prezident adətən ali rəhbərin razılığını aldıqdan sonra kəşfiyyat nazirini təyin edir. Lakin son həftələrdə Müctəba Xameneinin vəziyyəti və harada olduğu ilə bağlı qeyri-müəyyənlik fonunda SEPAH-ın mülki nəzarət olmadan daha aktiv hərəkət etdiyi görünür. Geri qayıt |