Əsas Səhifə > Güney Press > Bu tarixə qədər neft 150 dolları keçəcək:
Bu tarixə qədər neft 150 dolları keçəcək:Bu gün, 17:19 |
|
Yaxın Şərqdə hərbi-siyasi vəziyyət pisləşərsə, "Brent" markalı neftin qiyməti tarixi rekordu qıraraq 150 dollara çatacaq. Publika.az xəbər verir ki, bu barədə Rabat Dövlət Universitetinin professoru Abdelsamad Malaui "Hespress" portalına açıqlamasında bildirib. Analitikin sözlərinə görə, Hörmüz boğazının həm İran, həm də xarici gəmilər üçün tamamilə bağlanması qlobal neft tədarükünün kəskin azalması və qiymətlərin sürətlə 150 dollar həddinə yüksəlməsi deməkdir. Qeyd edək ki, ABŞ-ın nəhəng investisiya bankı "Goldman Sachs"ın analitikləri də bundan əvvəl bildiriblər ki, müharibənin uzanması nəicəsində neftin qiyməti bütün zamanların ən yüksək həddini keçə bilər. Bu isə qlobal tələbatı kəskin azaldacaq və dünyada biznes fəaliyyətinin zəifləməsinə, yəni qlobal tənəzzülə gətirib çıxaracaq. Geri qayıt |