Əsas Səhifə > Güney Press > Simonyan əndazələri aşır:
Simonyan əndazələri aşır:Bu gün, 15:05 |
|
Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla bağlı daha bir iddia ilə çıxış edib. Tribuna.az xəbər verir ki, o, “Azərbaycan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə mane olur” deyib. Simonyanın sözlərinə görə, rəsmi Bakı bir tərəfdən onlarla danışıqlar aparır, digər tərəfdən isə Türkiyənin İrəvanla danışıqlar aparmasına imkan vermir. “Bu, qəribə bir vəziyyətdir. Görünür, Türkiyə bu münasibətlərin əsirinə çevrilib”. Qeyd edək ki, Simonyan bir neçə gün əvvəl Azərbaycana qarşı şərtlə çıxış etmişdi. O demişdi ki, əgər sülhün olmasını tərəflər istəyirsə, Azərbaycan Bakıda həbsdə ollan separatçıları ekstradasiya etməlidir. Geri qayıt |