Əsas Səhifə > Güney Press > İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyibBu gün, 11:37 |
|
İsrailin Livanda apardığı kampaniyanın əsas məqsədi Hizbullahı tərksilah etmək və ölkənin şimal bölgələrinə təhlükəni tam aradan qaldırmaqdır. İsrail mediasının xəbərinə görə, bu barədə müdafiə naziri Israel Katz həlak olmuş hərbçilərin və terror qurbanlarının anım gününə həsr olunmuş mərasimdə bildirib. O deyib ki, Hizbullaha qarşı əməliyyat hərbi və diplomatik tədbirlərin kombinasiyası vasitəsilə həyata keçirilir. Katz qeyd edib ki, İsraillə Livan arasında atəşkəs qüvvəyə minsə də, İsrail qüvvələri Livanın cənubunda qalmaqda davam edir və zərurət yaranacağı təqdirdə, sərt addımlar atılacaq: “Əgər təhlükə yaranarsa, qoşunlarımız tam gücdən istifadə edəcək”. Müdafiə naziri Hizbullah liderini də hədələyib. Katz qeyd edib ki, Hizbullah lideri etdiklərinin bədəlini başı ilə ödəyəcək. Geri qayıt |