Əsas Səhifə > Güney Press > Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdıBu gün, 00:14 |
|
Azərbaycanın tanınmış şirkətlərindən biri olan "ENGİN LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu olduğu üzə çıxıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, hazırda şirkətin dövlət büdcəsinə 2.778.364,08 manat məbləğində borcu yığılıb. Hüquqi ünvanı Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı şosesi, 17-ci km, ev 17-C ünvanında yerləşən şirkətin nizamnamə kapitalı 10.287.100 manat təşkil edir. Qeyd edək ki, nəhəng kapitala malik olan bu müəssisənin qanuni təmsilçisi Murat Korkmazdır. Qeyd edək ki, Engin LTD' MMC 25 ildən artıqdır ki, dünyanın ən böyük istehlak malları istehsalçılarından biri olan Procter & Gamble (P&G) şirkətinin Azərbaycandakı rəsmi tərəfdaşıdır və bu fəaliyyət həm yerli distribütorluq, həm də birbaşa nümayəndəlik müstəvisində həyata keçirilir. Geri qayıt |