|
Bu ilin ilk 2 ayı ərzində Azərbaycan İrandan ümumi dəyəri 1 milyon 306 min dollar olan 2 min 374 ton xiyar idxal edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, İrandan idxal olunan 1 kiloqram xiyarın orta gömrük dəyəri 55 sent (94 qəpik) olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 2 ayında İrandan idxal edilən xiyar 16% və ya 323 ton çox olub. Məlumat üçün onu da bildirək ki, bu ilin yanvar ayında ölkənin pərakəndə satış məntəqələrində idxal olunan xiyarın orta satış qiyməti 2,07 manat, fevral ayında 1,99 manat, mart ayında isə 2,39 manat olub. Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, idxal olunan xiyar market və dükanlarda gömrük dəyərindən dəfələrlə baha satılıb.
Geri qayıt
|