Əsas Səhifə > Güney Press > Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdiBu gün, 13:00 |
|
Ucarda yeniyetmə uşaq dünyaya gətirib. "DİA-AZ" APA-ya istinadla xəbər verir ki, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib. Xəstəxanadan APA-ya verilən xəbərə görə, aprelin 14-də saat 19 radələrində hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 santimetr uşaq dünyaya gətirib. Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də sahə həkim mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb. Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Geri qayıt |