Əsas Səhifə > Güney Press / Ana xəbər > Əvəz Zeynallı yenidən kitab marafonu edəcək

Əvəz Zeynallı yenidən kitab marafonu edəcək


Bu gün, 12:01

Xəbər verdiyimiz kimi, jurnalist Əvəz Zeynallı bir neçə gündür ki, Elmlər Akademiyası parkında kitab marafonu təşkil etmişdi.

Gununsesi.info xəbər verir ki, dünən bitən marafon yenidən təşkil olunacaq.

Bu barədə saytımıza jurnalistin özü məlumat verib.

O bildirib ki, qatılan hər kəsə salam olsun! Bu gün gerçək bir izdiham yaşandı. Marafondan sonra o qədər reaksiya və tələb gəldi ki, gələn həftənin şənbə-bazar günləri də marafonu təkrarlamağa qərar verdik”.

Qeyd edək ki, növbəti marafon 25-26 aprel 2026-cı ildə saat 12.00-17.00 aralığında Elmlər akademiyasının parkında təşkil olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl həbsdən azad edilən Əvəz Zeynallı xərçəng xəstəliyindən əziyyət çəkir.

Marafon əsasən jurnalistin müalicəsini davam etdirilməsi üçündür.


Geri qayıt