Əsas Səhifə > Güney Press > Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdiBu gün, 11:17 |
|
Nəsimi Rayon Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Vüsal Dadaşovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İttihama görə, Vüsal Dadaşov 05 iyun 2025-ci il tarixdə, saat 13 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən binalardan birinin qarşısında dayanmış azyaşlı, 2018-ci il təvəllüdlü, zərərçəkmiş R.R.-in (adı, soyadı şərtidir) əlində olan mobil telefonu açıq şəkildə talayıb. Belə ki, o, zərərçəkmiş Maya Rəfiyevaya (adı, soyadı şərtidir) məxsus, ümumi dəyəri 600 manat təşkil edən “Huawei P Smart” markalı mobil telefonu azyaşlının əlindən dartaraq götürüb, daha sonra hadisə yerindən qaçaraq uzaqlaşıb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurulub. Məhkəmə iclasında Vüsal Dadaşov Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, həbsdən yeni azad olunub, hadisə günü metronun “20 Yanvar” stansiyası yaxınlığında yerləşən məhəllələrin birində yerdə mobil telefon tapıb və onu götürərək evinə aparıb. Onun sözlərinə görə, telefonun enerjisi olmadığından cihazdan istifadə edə bilməyib və bu səbəbdən sahibinə məlumat verməyib. Təqsirləndirilən şəxs həmçinin bildirib ki, 29 iyul 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dəvət olunub. Vüsalın sözlərinə görə, saxlanılan zaman üzərində həmin telefon olmayıb, daha sonra – 10 avqust 2025-ci il tarixdə anası tərəfindən mobil telefon polis əməkdaşlarına təqdim edilib. O, ittihamda göstərilən azyaşlının əlindən telefonu zor tətbiq etməklə alması faktını inkar edib və qeyd edib ki, telefonu yerdən tapıb. Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam ödənildiyini və sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin qalmadığını vurğulayaraq barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edib. Geri qayıt |