Əsas Səhifə > Güney Press > ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb

ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb


Bu gün, 04:34

ABŞ-nin Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilən TOUSKA yük gəmisi İranın Bəndər Abbas limanına gedirdi.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlıq "X" sosial şəbəkəsində bildirib ki, raket esminesi "USS Spruance" İranın TOUSKA gəmisini Bəndər Abbas şəhərinə gedərkən Ərəbistan dənizindən 31,4 km/saat sürətlə keçərkən saxlayıb.

CENTCOM-un məlumatına görə, İran bayrağı altında üzən TOUSKA gəmisinin heyəti altı saat ərzində çoxsaylı xəbərdarlıqlara məhəl qoymayıb, bundan sonra "USS Spruance" esminesi gəminin mühərrik hissəsinə bir neçə 127 millimetrlik "Mark" top mərmisi atıb. CENTCOM-un məlumatına görə, bundan sonra dəniz piyadaları bölməsi TOUSKA gəmisinə endirilib.

Qeyd edək ki, daha əvvəl Prezident Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Oman körfəzində İran yük gəmisini dəniz blokadasını yarmağa cəhd etdiyinə görə saxladığını açıqlayıb.


Geri qayıt