Əsas Səhifə > Güney Press > Bir qrup şəxsə Prezident təqaüdü verildi
Bir qrup şəxsə Prezident təqaüdü verildiBu gün, 18:11 |
|
Azərbaycan Yazıçılar Birliyinin (AYB) bir qrup üzvünə Prezident təqaüdü verilib. “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu, birliyin 20 gənc üzvünə şamil edilib. AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumatı saytımıza təsdiqləyib. “Bəlli yaşda olan 20 nəfər gənc şair və yazıçıya Prezident təqaüdü təyin olunub. Bu say standart olaraq 20 nəfərdir”, - o vurğulayıb. Prezident təqaüdünə layiq görülənlərin kimliyinə gəlincə, mətbuat katibi deyib ki, AYB həmin siyahını açıqlamır. Qeyd edək ki, təqaüd 1 illik təyin olunur. Məbləğ isə aylıq 200 manatdır. Geri qayıt |