Əsas Səhifə > Güney Press > “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim”

“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim”


Bu gün, 15:37

“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ

Görkəmli aktrisa Nəcibə Məlikova Azərbaycan teatr və kino sənətinin ən görkəmli aktrisalarından biri olmaqla yanaşı, həm də televiziyanın ilk diktor xanımıdır. Buzovna kəndində doğulan sənətkar uşaqlıq illərini də burada keçirib və kəndin mərkəzindəki ata evində yaşayıb.
Moderator.az-a bu haqda evin indiki sahibi Elmira Abbasova məlumat verib:
“1988-2004-cü illərdə bu evdə kirayədə qalmışıq. O öz ata-baba yurduna bir növ yanıqlı idi. Çünki bu evi onlardan alıb dəfələrlə qaytarıblar. Vaxt olub ki, Nəcibə xanım və anası bu həyətə kənardan baxıblar. Bu həyət böyük idi. Məcburiyyət qarşısında qalıb qonşuya verib. Həmin qonşu ilə isə heç vaxt danışmayıblar. Nəcibə xanım ölən gününə qədər bu həyətə gəlib. Yeganə arzusu bu idi ki, atasının mülkünü tam olaraq onlardan alsın. Hətta məndən soruşurdu ki, həmin qonşuya gedib-gəlirsən? Adı kimi özü də nəcib xanım idi. Gözəl əlləri, mimikası var idi”.
Elmira Abbasova Nəcibə xanımla bağlı bir xatirəsini də danışıb:
“Nəcibə xanıma dedim ki, məhəllədə hamı gözləyir ki, siz bura nə vaxt gələcəksiz? Mənə danışırdı ki, “Əhməd haradadır?” filmindən sonra kəndə gəlib. Uşaqlar onu görən kimi deyiblər ki, “Əhməd haradadır?”. Bir növ Nəcibə xanıma şirinlik edib, yaxşı mənada sataşıblar. Nəcibə xanım da arxaya dönüb deyib ki, “Əhmədin anası ölməyib aa”. Mən bu evdə nə vaxt halva bişirsəm, ehsam versəm dünyadan keçmişlərimlə yanaşı başda Haşım bəy olmaqla Nəcibə xanımın da adını çəkirəm. Allah onlara rəhmət etsin”, - deyə evin sakini bildirib.

Geri qayıt