Əsas Səhifə > Güney Press > Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına

Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına


Bu gün, 14:49

“Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Səhmdarlarının Ümumi Yığıncağının 24 saylı iclasında Müşahidə Şurasının yeni tərkibi təsdiq edilmişdir.

"DİA-AZ" xəbər verir ki, Heybət Qədirov Müşahidə Şurasının yeni üzvü və eyni zamanda Müşahidə Şurasının Sədri təyin edilmişdir.

Heybət Qədirov hazırda “Unibank KB” ASC-nin İdarə Heyətinin Sədri v.m.i.e. vəzifəsində çalışır. O, pərakəndə bankçılıq, biznesin inkişafı və strateji liderlik sahələrində 15 ildən artıq təcrübəyə malikdir. O 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2012-ci ildə isə həmin universitetdə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır.

Hal-hazırda AKB-nin Müşahidə Şurasının 7 üzvü var və onlar təsisçi bankların rəhbər vəzifəli şəxsləri arasından seçilmişdir. Müşahidə Şurasının Sədri Heybət Qədirov (“Unibank KB” ASC), digər üzvləri isə Zamiq Məmmədov (“Azərbaycan Beynəlxalq Bankı” ASC), Röyam Hüseynzadə (ASC “Xalq” Bankı), Elnur Həsənov (“BankRespublika” ASC), Cavid Mirzəyev (“KapitalBank” ASC), Aydın Hüseynov (“Rabitəbank” ASC) və Seymur Əliyevdir (“ZiraatBank Azərbaycan” ASC).

Xatırladaq ki, AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.


Geri qayıt