Əsas Səhifə > Güney Press > “M Bulak” BOKT-un xalis mənfəətində

“M Bulak” BOKT-un xalis mənfəətində


Bu gün, 16:51

“M Bulak” bank olmayan kredit təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.

"DİA-AZ" şirkətin hesabatına istinadən xəbər verir ki, kredit təşkilatının xalis faiz gəlirləri 14 milyon 842 min manat olub. Bu, əvvəlki ilin sonu ilə müqayisədə milyon 4 milyon 219 min manat və ya 39,7% çoxdur.

Hesabat dövründə kredit təşkilatının faiz gəlirləri əvvəlki illə müqayisədə 5 milyon 755 min manat (52,9%) 16 milyon 640 min manata, faiz xərcləri isə 1 milyon 536 min manat (7 dəfə) artaraq 1 milyon 798 min manata yüksəlib.

Bu dövrdə şirkətin əmək haqqı xərcləri 5 milyon 402 min manat (1 milyon 995 min manat / 58,6% çox), sair ümumi və inzibati xərcləri 1 milyon 606 min manat (482 min manat / 42,9% çox), haqq və komissiya xərcləri 140 min manat (30 min manat / 27,3% çox) olub.

Xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlir isə bir ildə 2 milyon 811 min manat və ya 6 dəfə artaraq 3 milyon 389 min manata yüksəlib.

Hesabat dövründə şirkətin vergidən əvvəl mənfəəti 4 milyon 391 min manat ödəyib. Ödənilmiş mənfəət vergisinin həcmi 900 min manat olub. Nəticədə xalis mənfəət 3 milyon 416 min manata bərabər olub ki, bu da, illik müqayisədə 2 milyon 255 min manat (39,8%) azdır.

2025-ci ilin sonuna “M Bulak” BOKT-un aktivlərinin həcmi 58 milyon 661 min manat olub. Bu, əvvəlki illə müqayisədə 23 milyon 750 min manat (68%) çoxdur.
Müştərilərə verilmiş kreditlərin həcmi 21 milyon 8 min manat (62,4%) artaraq 54 milyon 684 min manata yüksəlib.

Bu dövrdə şirkətin öhdəlikləri 26 milyon 133 min manat təşkil edib ki, bu da, 2024-cü ilə nəzərən 20 milyon 334 min manat (4,5 dəfə) çoxdur.

Ötən il BOKT-un cəmi kapitalı 32 milyon 528 min manat təşkil edərək bir ildə 3 milyon 416 min manatlıq (11,7%) artım göstərib. Nizamnamə kapitalı dəyişilməyərək 10 milyon 408 min manat olub. Bölüşdürülməmiş mənfəət isə 2024-cü illə müqayisədə 3 milyon 416 min manat (18,3%) artaraq 22 milyon 109 min manata yüksəlib.


Geri qayıt