Əsas Səhifə > Güney Press > ABŞ hərbçilərinin İsfahana sızma əməliyyatı
ABŞ hərbçilərinin İsfahana sızma əməliyyatıBu gün, 16:04 |
|
ABŞ hərbçilərinin bu ayın əvvəlində İranın mərkəzində yerləşən İsfahan şəhəri yaxınlığında həyata keçirdiyi əməliyyatın bəzi təfərrüatları açıqlanıb. Sözçü həmçinin izah edib ki, aprelin 5-də ABŞ tərəfindən İran ərazisinə sızma cəhdi olub və bundan sonra general Zare və bir qrup shərbçi dərhal hadisə yerinə gedib. Onun sözlərinə görə, İran hərbçiləri çiyindən atılan raketlə ABŞ-a məxsus Lockheed C-130 Hercules tipli təyyarəni hədəfə alaraq əməliyyatı uğursuzluğa düçar edib və nəticədə düşmən qüvvələri ərazidən qaçmağa məcbur olub. Əkrəminia vurğulayıb ki, İran Silahlı Qüvvələri tam hazırlıq vəziyyətində qalır. O deyib ki, hazırkı atəşkəs şəraiti müharibə vəziyyətindən ciddi fərqlənmir, buna görə də döyüş hazırlığı qorunub saxlanılır. Xatırladaq ki, aprelin 5-də ABŞ-ın İran səmasında vurulan təyyarəsinin pilotlarını xilasetmə əməliyyatı keçirlib. Bu zaman İran qüvvələri ilə ABŞ hərbçiləri arasında toqquşma yaşanıb. Geri qayıt |