Əsas Səhifə > Güney Press > Paşinyan seçkidən sonrakı hədəfini açıqladı

Paşinyan seçkidən sonrakı hədəfini açıqladı


Bu gün, 12:44

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Mariya Karapetyanın gələcək mandatın necə xarakterizə olunacağı ilə bağlı sualını cavablandırıb.

Teleqraf xəbər verir ki, baş nazir bunun “sülh mandatı” adlandırılacağını bildirib.

“Gəlin nəhayət etiraf edək ki, 2021-ci ildəki seçki proqramımız orta statistik, psevdodaşnak tipli proqram idi, xalqın qarşısına bununla çıxmışdıq. Amma xalq həmin proqramı kənara ataraq, bizə başqa - sülh gündəmi verdi”, - Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, onların şüarı “Sülhə sahib çıx”dır və gələcək mandatın əsas mahiyyəti Ermənistan və Azərbaycan arasında sülhün institutlaşdırılması, onun adi hala çevrilməsi və cəmiyyətin əsas dəyərinə çevrilməsi olmalıdır.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.


Geri qayıt