Əsas Səhifə > Güney Press > Məktəblərdə atışma: sabotaj, provokasiya, yoxsa...
Məktəblərdə atışma: sabotaj, provokasiya, yoxsa...Bu gün, 12:41 |
|
Hazırda rəsmi məlumatlara görə, 14 aprel 2026-da Şanlıurfanın Siverek rayonundakı məktəbdə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb, 15 aprel 2026-da isə Qəhrəmanmaraşın Onikişubat rayonundakı məktəbdə baş verən digər silahlı hücumda isə 9 nəfər həyatını itirib. Hadisələr çox həssas mövzudur və indiki mərhələdə ən doğru yanaşma emosional hökm deyil, istintaq nəticələrini nəzərə alaraq fikir bildirməkdir. Hər iki hadisə məktəbi hədəf alan, ardıcıl və eyni tipli zorakılıq hadisəsi olduğu üçün təkcə asayiş məsələsi kimi yox, həm də ictimai psixologiya və təhlükəsizlik baxımından ayrıca qiymətləndirilməlidir. Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli ekspert, general Yücel Karauz bildirib. Karazun fikrincə, bu mərhələdə “təxribatdır” demək üçün yetərli açıq dəlil yoxdur: “Ancaq eyni tipli məktəb hücumlarının baş verməsi təsadüfi, adi kriminal hadisə kimi qiymətləndirilməməlidir. Həmçinin birbaşa sabotaj olduğunu demək üçün də tezdir. Eyni tipli cinayətin təkrarlanması üç ehtimalı gücləndirir. Birinci, “copycat” effekti, yəni bir olayın digərlərinə psixoloji təkan verməsi; ikinci, rəqəmsal platformalarda zorakılığı normallaşdıran mühitin təsiri, üçüncü isə bu cür olaylardan istifadə edib qorxu və xaos yaratmaq istəyən təxribatçı çevrələrin prosesə sonradan qoşulması. Yəni hazırda birbaşa sabotaj hökmü çıxarmaq tezdir, amma sabotaj və provokasiya imkanının da istintaqdan kənarda saxlanması doğru olmaz”. Ekspertin sözlərinə görə, Türkiyə artıq təhlükəsizlik tədbirlərini sərtləşdirdiyini açıqlayıb: “Rəsmi məlumatlara əsasən, məktəblərdə təhlükəsizlik tədbirləri artırılıb. Həmçinin sosial mediada zorakılığı tərifləyən və ictimai qaydanı pozmağa yönələn paylaşımlarla bağlı 83 nəfər haqqında gözaltı qərarı verilib, 940 sosial media hesabına məhdudiyyət tətbiq edilib və 93 Teleqram qrupu bağlanıb. Bu da onu göstərir ki, Ankara hadisələri təkcə lokal cinayət kimi deyil, mümkün ictimai təhlükəsizlik və informasiya-təsir riski kimi görür”. Geri qayıt |