Əsas Səhifə > Güney Press > Sumqayıtda övladını dənizdə boğaraq öldürən Türkiyə vətəndaşının kassasiya şikayətində
Sumqayıtda övladını dənizdə boğaraq öldürən Türkiyə vətəndaşının kassasiya şikayətində16-04-2026, 11:29 |
|
Ali Məhkəmədə Sumqayıtda azyaşlı övladını qəsdən öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Ahmet Yeşilin barəsindəki qərardan verilən kassasiya şikayətinin bəzi detalları məlum olub. "DİA-AZ" pravdaaz-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, məhkum şikayətində barəsində olan cinayət işinə düzgün baxılmasını və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2025-ci il tarixli qərarının təkrarən araşdırılmasını xahiş edir.
Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edib. Qərara əsasən, şikayət təmin edilməyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ahmet Yeşil 20 il müddətinə azadlıqdan məhrum olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib. Geri qayıt |