|
Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 34 min 495,8 ton “Aİ-95” markalı (“Premium”) benzin idxal edilib. Yeniavaz.com-un rəsmi məlumatlara istinadən apardığı hesablamalar göstərir ki, Azərbaycanın xaricdən idxal etdiyi “Aİ-95” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 66 sent (1,13 manat) olub. Azərbaycan “Aİ-95” markalı benzini ən çox Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) alıb. Benzini ən baha qiymətə isə Yunanıstandan idxal edib. Azərbaycana “Aİ-95” markalı benzin aşağıdakı ölkələrdən gətirilib: BƏƏ – 9 min ton (1 litri – 1,10 manata); Belarus – 6 min 928,6 ton (1 litri – 1,12 manata); Rusiya – 6 min 825,8 ton (1 litri – 1,13 manata); Yunanıstan – 6 min 33,5 ton (1 litri – 1,16 manata); Qazaxıstan – 2 min 990,2 ton (1 litri – 1,13 manata); Rumıniya – 2 min 717,6 ton (1 litri – 1,13 manata). Onu da qeyd edək ki, 2024-cü il iyulun 15-dən Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti 2 manatdan 1,6 manata endirilib.
Geri qayıt
|