Əsas Səhifə > Güney Press > Röya Azərbaycan musiqisinin qız uşağıdır
Röya Azərbaycan musiqisinin qız uşağıdırBu gün, 09:59 |
|
Əlbəttə, Azərbaycandakı kimi olmasa da, dünyanın hər yerində sənət adamının geyimi müzakirə olunur. Ancaq ona inanmaq olmur ki, məsələn, kimsə üzünü Şakiraya tutub “Əxlaqsız, dəyərlərimizə qarşı çıxırsan, əyninə andır geyin” və s. kimi sözlər desin. Bu mənada, uzun illərdir ki, Azərbaycan səhnəsinin iki kraliçasından biri, zəriflik ilahəsi, sənətkarlıq nümunəsi olan Röya Ayxana qarşı bu cür münasibət tamamilə əsassız, mənasız, lazımsızdır. Söz yox, bu cür sözlər də elə ilahə Röyanın dekoltəsinə dəyib qayıdır. Ona görə ki, Röya Ayxan səsi, cazibəsi, sənəti hardasa əvəzsizdir. Onun səsinin qalınlığı ayırca bir zəriflikdir, incəlikdir. Min səs içindən, min adam, min il uzaqdan bilinir o. Bu dünya sənin Röyandı, dünya! Azərbaycan səhnəsinin ən şirin röyasıdır, o Allahın bəlasıdır. İllər ötür, zaman keçir, hər şey dəyişir, ancaq Röya? Röya Azərbaycan musiqisinin qız uşağıdır. O bədəndən, o cisimdən, o simadan, o mələksimalıqdan çıxan möhtəşəm səs necə də füsunkardır, ilahi? Röya Ayxan elə bir sənətkardır ki, adam mahnı olub onun dodaqlarından çıxmaq istəyir. Toxunmaq istəyir dişlərinə, əllərinə, qollarını sarmaşıq kimi boynuna dolamaq istəyir. Məsələn, o zalim külək, elə o səhnə küləyi nə qədər xoşbəxtdir? Necə bəxtəvərdir səhnə işıqları ki, bu qara qızın, bu kişmişin üzünə, bədəninə düşür? Nəsən sən, ay işıq? Sən heç bilirsən kimin vücudunda parlayırsan? Ey, mikrafon, sən bilirsən kimin dodaqları toxunur, pıçıldayır sənə? Ey səhnə, sən bilirsənmi kim addımlayır sinənə hər dəfə? Ey musiqi, sən özün də fərqindəsənmi kimə çevrilirsən onun səsində? O səs elə belə səs deyil. O səs gələndə istiqamətini dəyişən, vıyıltısını kəsib onu dinləyən küləklər var, ürəklər var sinədə atlanan. Əllər var əsən küləklər kimi, gözü dolu buludlar var, çaxmağa amadə ildırımlar var bu dünyada. Daha nələr var bu aləmin seyrinə çıxan… Sən ey gülüşü yaz, səsi payız hüznü, baxışları bir qış gecəsi Röya. Ey səs, ey ilahi nəfəs, görəsən, sən hansı səmavi göylərdən süzülüb gəlmisən? Axı bu Röya səsi təkcə səs deyil. O, ruhun dilə gəlmiş halıdır, qəlbin qopub havaya qarışmış fəryadıdır. O Röyadır, o Röyadır, o Röyadır. O, ruhun dilə gəlmiş halıdır, qəlbin qopub havaya qarışmış fəryadıdır. O Röyadır, o Röyadır, o Röyadır. Nə çox onun paxıllığın çəkənlər, nə çox ona oxşamaq, onun olmaq istəyənlər bu dünyada? O isə heç kimin deyil. O ruh, o azadlıq, o ilahəlik heç kimə məxsus ola bilməz, sahiblənmək mümkün olmaz bu dəli qadına. Orxan Saffari Geri qayıt |