Əsas Səhifə > Güney Press > Zəngilanda 27 milyon manatlıq yeni yaşayış məhəlləsi tikiləcək
Zəngilanda 27 milyon manatlıq yeni yaşayış məhəlləsi tikiləcək16-04-2026, 08:21 |
|
Zəngilan rayonunda iri həcmli tikinti layihəsi icra olunacaq. Belə ki, Zəngilan 2C (4-cü məhəllə) yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə müsabiqə elan edilib. Banket.az xəbər verir ki, layihənin sifarişçisi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsidir.Təsnifat koduna əsasən layihə yaşayış binalarının tikinti-quraşdırma işlərini əhatə edir. Layihənin ehtimal olunan dəyəri 26 milyon 839 min manat təşkil edir. Geri qayıt |