Əsas Səhifə > Güney Press / Partiya > "3% vergidən nə qazandınız?"

"3% vergidən nə qazandınız?"


Bu gün, 07:49

"2026-cı ilin fevralın 1-i ilə müqayisədə martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1.782 min nəfərdən 1.784 min nəfərə yüksələrək təxminən 0,1% artıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Dövlət sektorunda çalışanların sayı 861.4 min nəfərdən 870.6 min nəfərə çataraq təxminən 1.1% artım göstərib. Qeyri-dövlət sektorunda isə əksinə, azalma qeydə alınıb. Belə ki, bu sektorda çalışanların sayı 920.6 min nəfərdən 913.4 min nəfərə enərək təxminən 0.8% azalıb.
 
Hötmətli hökumət, axı biz keçən ilin sonunda xəbərdarlıq edirdik ki, özəl sektorda bu il 3%, gələn il 5%, 2028 ci ildə isə 7% gəlir vergisi tədbiqi, zatən boğulan sahibkarlığa ziyan vuracaq, onlar işçi ixtisarlarına gedəcəklər. Görürsüsünüzmi, tendensiya başlayıb, özəl sektor ixtisarlarlara gedir, indi bir daha düşünün, 3% vergidən nə qazandınız, minlərlə işsiz qalmış vətəndaşa görə nə itirdiniz?! Düşünün, lütfən..."

Geri qayıt