Əsas Səhifə > Güney Press > İsrail Livanda atəşkəs xəbərini təkzib edib

İsrail Livanda atəşkəs xəbərini təkzib edib


Bu gün, 18:26

İsrail İranın Livanda bu gecə atəşkəsin qüvvəyə minəcəyi ilə bağlı iddiasını rədd edib.

Bu barədə “The Times of Israel” İsrailin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.


“Livanda atəşkəs yoxdur”, – rəsmi bildirib.

“Hizbullahın zərərsizləşdirilməsi həm Livan, həm də İsrailin qarşılıqlı marağındadır”, - o vurğulayıb.

Digər yüksək vəzifəli İsrail mənbəsi yerli mediaya açıqlamasında qeyd edib ki, İsrailə bu cür atəşkəs tələbi daxil olmayıb.


Geri qayıt