Əsas Səhifə > Güney Press > Ermənistan bu tarixlərdə hava məkanını bağlayır

Ermənistan bu tarixlərdə hava məkanını bağlayır


Bu gün, 17:42

Ermənistan mayın 3-dən 5-dək hava məkanını yüngül və ultrayüngül tipli hava gəmiləri, eləcə də pilotsuz uçuş aparatları (PUA) üçün bağlayacaq.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin bəyanatında bildirilib.

Komitədən qeyd edilib ki, bu tədbir ölkədə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədardır.

"2026-cı il mayın 3-dən 5-dək Ermənistan Respublikasında irimiqyaslı tədbirlərin (Avropa Şurasının VIII sammiti, Ermənistan-AB sammiti, İrəvan dialoqu) keçirilməsini və qeyd olunan tədbirlərdə çoxsaylı xarici nümayəndə heyətlərinin iştirakını nəzərə alaraq bildiririk ki, bu müddət ərzində təhlükəsizliyə görə Ermənistan Respublikasının hava məkanında ümumi təyinatlı aviasiyanın, o cümlədən mülki PUA-ların uçuşları qadağandır", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, ümumi təyinatlı aviasiya uçuşları şəxsi ehtiyaclar, təlim, idman və ya özəl daşımalar üçün istifadə olunan kiçik təyyarələr, helikopterlər, planerlər və paraplanlarda həyata keçirilən qeyri-kommersiya uçuşlarıdır. Bu cür uçuşlarda yüngül və ultrayüngül tipli hava gəmilərindən (2–4 yerlik təyyarələr, helikopterlər və s.) istifadə olunur.


Geri qayıt