Əsas Səhifə > Güney Press > AB Ermənistana yeni missiya göndərir

AB Ermənistana yeni missiya göndərir


Bu gün, 17:20

Avropa Birliyi (AB) Ermənistana növbəti mülki missiyanın göndərilməsi ilə bağlı qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, Brüsseldə AB səfirləri bu qərarı təsdiqləyib və sənədin gələn həftə xarici işlər nazirlərinin iclasında yekun şəkildə rəsmiləşdirilməsi gözlənilir.

Bildirilir ki, missiyanın məqsədi Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlılığını artırmaqdır. Bunun üçün ölkənin təhlükəsizlik strukturlarına və aidiyyəti qurumlarına strateji və praktiki dəstək göstəriləcək.


Geri qayıt