Əsas Səhifə > Güney Press > ABŞ-da azərbaycanlı həbs olundu
ABŞ-da azərbaycanlı həbs olunduBu gün, 17:01 |
|
ABŞ-da azərbaycanlı həbs olunub. Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb. Belə ki, xaricdə yaşayan həmyerlilərimizin qruplarından birində ABŞ-da yaşayan Xalid Qarayevin aylardır itkin düşməsi barədə məlumat paylaşılıb. Ailəsi oğulları ilə yanvar ayından bəri əlaqə saxlaya bilmədiklərini və Xalidin son dəfə Kaliforniya ştatında görüldüyünü bildirib. Paylaşımın rəy bölümündə isə Xalidin Kaliforniyada kiməsə xəsarət yetirmə ittihamı ilə həbs olunduğu yazılıb. Həmçinin onun aprelin 25-i həbsdən azad ediləcəyi də rəydə bildirilib. Geri qayıt |