Əsas Səhifə > Güney Press > Paşinyan müxalifəti Ermənistanı müharibəyə sövq etməkdə günahlandırıb

Paşinyan müxalifəti Ermənistanı müharibəyə sövq etməkdə günahlandırıb


Bu gün, 16:23

“Üçbaşlı müharibə partiyası”nın (Koçaryan–Karapetyan–Sarukyan — red.) nümayəndələri bir-biri ilə yarışaraq sülh şərtlərinə yenidən baxılmasından danışırlar və guya onu daha yaxşı etmək istədiklərini bildirirlər.

APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.


Ermənistan lideri şərtlərin yenilənməsinin heç də onun daha yaxşı olacağına dəlalət etmədiyini bildirib.

“Bu gün şərtlərin yenidən baxılmasını tələb edən qüvvələr Qarabağ və ətraf rayonları əhatə edən xəritələr və onu simvolizə edən bayraqlarla çıxış edirlər. Bu məntiqin inkişafı qaçılmaz müharibə deməkdir”, - o qeyd edib.

Paşinyan Ermənistanın hazırkı ərazisi ilə məhdudlaşmamasını tələb edənlərin də ölkəni müharibəyə sürüklədiyini vurğulayıb: “Digər qüvvələr də eyni simvollar və şüarlar altında çıxış edərək bildirirlər ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış 29 743 kvadrat kilometr ərazisi ilə məhdudlaşmamalıdır. Bu məntiqin inkişafı da qaçılmaz şəkildə müharibəyə gətirib çıxaracaq”.

Paşinyan belə məntiqin acı sonunu onların tarixinin əvvəlki mərhələsində gördüklərini əlavə edib.


Geri qayıt