Əsas Səhifə > Güney Press > Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxunub
Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxunubBu gün, 16:08 |
|
Bakıda həyat yoldaşını güllələyərək öldürməyə cəhd etməkdə təqsirləndirilən “Referans Medi-Art Hospital" MMC-nin Mərdəkan filialının sabiq direktoru Vasif Kərimovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Vasif Kərimov 4 il müddətinə azadlıqdan məhrum edilib. Tərəflər arasında barışıq olub, iş üzrə Cinayət Məcəlləsinin 62-ci maddəsi (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilib. Vasif Kərimov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, hadisə ötən ilin iyul ayında paytaxtın Yasamal rayonunda baş verib. Məlumata görə, iyulun 16-da saat 13 radələrində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. F.Kərimova güllə yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və əməliyyat olunub. Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb. Vasif Kərimova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə yekun ittiham elan olunub. Vasif Kərimov “Referans Medi-Art Hospital" MMC-nin Mərdəkan filialının direktoru olub. Geri qayıt |