Əsas Səhifə > Güney Press > Orban "Drujba" kəmərinin işi bərpa olunandan sonra Ukrayna ilə bağlı vetonu aradan qaldıracaq

Orban "Drujba" kəmərinin işi bərpa olunandan sonra Ukrayna ilə bağlı vetonu aradan qaldıracaq


Bu gün, 14:44

Macarıstanın hazırkı Baş naziri Viktor Orban "Drujba" boru kəməri ilə neft tədarükü bərpa olunan kimi Ukraynaya 90 milyard avro məbləğində Avropa İttifaqı (Aİ) kreditinin verilməsinə qoyulan vetonu ləğv edəcək.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Macarıstanda parlament seçkilərində qalib gəlmiş "Tisa" partiyasının lideri Peter Macar dövlət televiziyasına müsahibəsində bildirib.

Bu həftənin əvvəlində Macar qeyd edib ki, Budapeşt Kiyevin 90 milyard avro almasına mane olmayacaq.

O xatırladıb ki, Aİ ilə ilkin razılaşmalara əsasən, Macarıstan kreditin verilməsində maliyyə iştirakından onsuz da imtina edəcək. Bununla yanaşı, Macar əlavə edib ki, Budapeştdə aprelin sonuna qədər zədələnmiş "Drujba" neft kəmərinin işinin bərpa olunacağını gözləyirlər.

"Strateji neft ehtiyatları ilə bağlı vəziyyəti nəzərə alaraq, hazırkı hökumət qarşıdakı 20-30 gün ərzində baş verəcək hər şeyə görə böyük məsuliyyət daşıyır", - o bildirib.

Orban yanvar ayında Rusiya pilotsuz uçuş aparatının zərbəsi nəticəsində zədələnmiş "Drujba" boru kəməri ilə neft tədarükündə yaranan fasilələrlə bağlı Ukrayna ilə olan mübahisəyə görə vəsaitin ödənilməsini bloklamışdı.


Geri qayıt